Elmar Məmmədyarov Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

15:58 - 2 Noyabr 2018 - SİYASƏT

Nazir Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğuladı və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Xəbər xətti