Yasamalda evdən 79 yaşlı kişi meyiti tapılıb

14:20 - 2 Noyabr 2018 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Domnin Anatoli Nikolayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Xəbər xətti