Ana səhifə
21 Noyabr 2018

“CinemaPlus”da “Bohem rapsodiyası” filminin premyeradan öncə nümayişi keçirilib- Foto+Video

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında əfsanəvi ifaçı Fredi Merkuriyə həsr olunmuş bioqrafik dram filmi “Bohem rapsodiyası”nın premyeradan öncə nümayişi baş tutub.  

Nümayişin əsas özəlliyi elektron gitara ilə fotosessiya və qeyri-adi şou proqram olmuşdur. Azərbaycan Dövlət Rus Dram teatrının Əməkdar artisti Maqsud Məmmədovun Freddi Merkyuri obrazı tədbir qonaqlarında xoş nostalji emosiyalar yaratmışdır. Daha sonra isə Emin Useynovun rəhbərliyi altında “NERO” şou baletinin gözlənilməz fleşmobu keçirilmişdir. Şou proqram “Queen” qrupunun əfsanəvi və məşhur müsiqilərinin Elvin Novruzov (L`veen), Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Əlişan kimi gənc istedadlı müğənnilər tərəfindən canlı ifası sona ilə çatmışdır.   

Şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri gecədə kinoteatrın qonaqları olmuşdurlar.  
“Bohem rapsodiyası”  - əfsanəvi müğənni Freddi Merkyuri obrazını canlandıran “Mister Robot” serialının ulduzu Rami Malekin iştirakı ilə Queen rok-qrupunun tarixi haqqında bəhs edən ABŞ və Böyük Britaniya istehsalı olan bioqrafik dram filmidir. Filmin quruluşu ilə öncədən Brayan Sinqer (“İks Adamlar” franşizəsi) məşğul idi, lakin çəkilişlər zamanı o, sağlamlığında yaranmış problemlərə görə layihəni tərk etmişdir və  onun yerinə Dekster Fletçer  (“Eddi “Qartal””, Vəhşi Bill”) gəlmişdir.     
Baş rollarda: Rami Malek, Lyusi Boynton, Cozef Matssello, Mayk Mayers, Ben Hardi, Eydan Qillen, Qvilim Li, Tom Hollander, Allen Liç və Cess Radomska.   
Film haqqında qısa: “Queen” qrupunun, onların musiqisinin və planetin ən sevimli ifaçılarından biri olmaq üçün steriotiplərə sinə gərən qrupun görkəmli vokalisti Freddi Merkürinin qələbəsi. Film, qrupun kult olan mahnıları və inqilabi səsləri sayəsindən uğura aparan başgicəlləndirici yolu, Merkyurinin həyat obrazı idarəetmədən çıxdıqdan sonra kollektivin dağılmasını və rok-musiqi tarixində ən möhtəşəm çıxışlardan hesab olunan Live Aid konserti ərəfəsində onların zəfərli birləşməsini əks etdirir.      

Tədbirin təşkilində dəstəyi göstərmişdilər: NERO DANCE CENTER və «Azeri Express» kuryer xidməti.     
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

 

Tarix
2 Noyabr 2018 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin