Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub

15:06 - 1 Noyabr 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Ucnoqta.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.  Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Xəbər xətti