Azərbaycanda qəribə hadisə: məktəb var, müəllim yox - VİDEO

10:45 - 1 Noyabr 2018 - ÖLKƏ İÇİ

Məktəb var, müəllim yox. Söhbət İmişli rayonu, Allahmədətli kənd orta məktəbindən gedir. Ucnoqta.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bir neçə il əvvəl Kür çayının daşması nəticəsində rayonun ziyan görən kəndlərindən biri də Allahmədətli kəndi olub.  Ona görə kənddən bir neçə kilometr aralıda yeni qəsəbə salınıb və kənd sakinləri, eləcə də məktəb yeni qəsəbəyə köçürülüb. Kənddə yaşayan ailələr isə yeni qəsəbənin uzaq olduğunu bildirərək övladlarının təhsil alması üçün kənddəki köhnə məktəbin yenidən fəaliyyətə başlamasını istəyirlər. Rayon Təhsil Şöbəsindən bildiriblər ki, Allahmədətli kəndi 2010-cu il Kür daşqınları zamanı su altında qaldığından, həmin kənddən 8 kilometr aralıda yeni qəsəbə salınıb. Burada ictimai-iaşə obyektləri ilə yanaşı, müasir standartlara cavab verən yeni məktəb binası da tikilib.  Yeni bina istifadəyə verildiyindən köhnə məktəbin fəaliyyəti dayandırılıb. O ki qaldı köhnə məktəbin müəllimlə təmin olunmasına, təhsil şöbəsindən bildirilib ki, orda olan uşaqların hər biri fərqli siniflərdə oxuyur və onların sayı ümumilikdə 8-10 nəfər təşkil edir.

Xəbər xətti