Türkiyə Ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib

17:03 - 31 Oktyabr 2018 - DÜNYA

Türkiyə Ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonundan Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqeləri haubitsa ilə atəşə tutulub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.

Xəbər xətti