Şəkidə 20 yaşlı qadın itkin düşüb

15:41 - 31 Oktyabr 2018 - HADİSƏ

 Şəki rayonunda 20 yaşlı qadın itgin düşüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Çiçək Zülfiqar qızı Məmmədova oktyabrın 29-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə rayonun Daşbulaq kənd sakini, Xalid Zülfiqar oğlu Məmmədov rayon hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının itkin düşməsi ilə bağlı məlumat verib.
Ç.Məmmədovanın ailəli olduğu bildirilir.

Hazırda 20 yaşlı qadının tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparılır.

Xəbər xətti