Tovuzda 44 yaşlı kişi özünü bıçaqladı

21:47 - 30 Oktyabr 2018 - HADİSƏ

Tovuz rayon sakini özünü bıçaqlayıb.

Hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam edir.trend

Xəbər xətti