Ana səhifə
13 Dekabr 2018

Azərbaycanda veteran jurnalist vəfat edib

Azərbaycan Mətbuat Şurası veteran jurnalist Oqtay Cəfərovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Ucnoqta.az xəbər verir ki, nekroloqda deyilir:

"Tanınmış veteran jurnalist Oqtay Cəfərov ömrünün 85-ci ilində vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşürük.
O.Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın "Kimyaçı" qəzetinin, "İnşaatçı" qəzetinin, həmçinin "Müxbir" jurnalının baş redaktoru olub. 

Ömrünün 60 ili mətbuatda keçmiş O.Cəfərov jurnalist peşəsinə hədsiz sədaqət, prinsipiallıq nümunəsidir. O, eyni zamanda ziyalı keyfiyyətləri ilə də cəmiyyətdə tanınıb. Veteran jurnalisti səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də onun gənc nəslə hər zaman qayğı ilə yanaşmasıdır. O.Cəfərov neçə-neçə tanınmış qələm sahibinin peşəkar kimi yetişməsində müstəsna rol oynayıb.

Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilmiş O.Cəfərovun yoxluğunu qəbul etmək olduqca ağırdır, üzücüdür. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyirlər.

Allah rəhmət eləsin!"

 

Tarix
30 Oktyabr 2018 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin