Salyanda dava - 28 yaşlı kişi bıçaqlandı

10:01 - 30 Oktyabr 2018 - HADİSƏ

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Borankənd kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Zülfüqarlı Röyal Ağasəf oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhmədov Elsevər Razim oğlunu şəxsi münasibətlər zəminində bir neçə dəfə bıçaqlayıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Zülfüqarlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti