Balakəndə 60 yaşlı kişi intihar edib

15:14 - 29 Oktyabr 2018 - HADİSƏ

 Balakən rayonunda 60 yaşlı kişi intihar edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri, H.Z.Tağıyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 1958-ci il təvəllüdlü Rauf Əziz oğlu Əzizovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti