Bakıda "Ford" "Mercedes"ə çırpıldı, xəsarət alan var

09:42 - 29 Oktyabr 2018 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində baş verib. "99 XL 927" dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili yolda idarəetməni itirərək qarşısındakı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.

Qəza səbəbindən yolda tıxac yaranıb.trend


Xəbər xətti