"Barselona" "Real"ı darmadağın etdi- Video

21:06 - 28 Oktyabr 2018 - İDMAN

Bu gün İspaniya La Liqasında 2018-2019 mövsümünün ilk "El-Klassiko"su keçirilib.

 10-cu turda  “Barselona” əzəli rəqibi “Real”ı qəbul edib. “Nou Kamp”da  keçirilən görüş Kataloniya klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:1. 

Marqlıdır ki, uzun fasilədən sonra "El-Klassiko" ilk dəfə Kriştiano Ronaldo və Lionel Messisiz oynanılıb. Birinci məlum səbəbə görə oynamayıb, ikinci zədəsinə görə görüşü buraxıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 21-ə çatdıran “Barsa” liderliyi ələ keçirib.  "Real" isə 14 xalla 9-cudur.

28 oktyabr
İspaniya La Liqası, 10-cu tur

“Barselona” – “Real” – 5:1

Qollar: Koutinyo, 11 (1:0), Suarez, 30 (2:0), Marselo, 50 (2:1), Suarez, 75 (3:1), 83 (4:1), Vidal, 87 (5:1)
qol.az

Xəbər xətti