"Neftçi" "Qarabağ"ı məğlub etdi

19:07 - 28 Oktyabr 2018 - İDMAN

Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi" "Qarabağ"ı qəbul edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, oyuna fəal başlayan meydan sahibi artıq 10-u dəqiqədə A.Hüseynovun öz qapısına göndərdiyi topla hesabda önə keçib. Oyunun 26-cı dəqiqəsində M.Abbasov özünün ilk komandasının 2-ci qolunu vurub - 2:0.
85-ci dəqiqədə "Qarabağ" M.Mədətovun qolu ilə hesabdakı fərqi azaltmağa nail olur - 2:1. Lakin bundan cəmi 2 dəqiqə sonra B.Dabo oyunda son nöqtəni qoyur - 3:1.

Beləlilə, oyun meydan sahibinin 3:1 ehsablı qələbəsi ilə yekunlaşır.

Xəbər xətti