Ana səhifə
15 Avqust 2018

Hacı Şahindən cinsini dəyişənlərlə bağlı növbəti açıqlama

“Biz desək ki, bu qadağan olunsun, o zaman da deyəcəklər ki, din inkişafa qarşıdır”

 

Məşədi Dadaş Məscidinin imam camaatı Hacı Şahin azxeber.com saytına müsahibə verib. Ucnoqta.az xəbər verir ki, o, insanların öz cinslərini dəyişməsi barədə suala da cavab verib.  “Bəzən bu fikirlər məqsədli şəkildə səsləndirilir. Bəzən olmayan bir fikir belə qabardılır və bunun ətrafında yanlış ajiotaj yaradılır. Bəzi insanlar var ki, onlar qüsurlu doğulur. İkicinsli insanlar var və onlar anormal hesab olunurlar. Bəzi din alimləri hesab edir ki, bu şəxslərin tibbi üsulla həqiqi cinsi müəyyən edilsin və o cinsə uyğunlaşdırılsın. Bu elmin nailiyyətidir və din də buna izah verməlidir. Bu hallara istisna hallarda icazə verilir. Amma bunu qəti şəkildə qəbul etməyən alimlər də var. Biz desək ki, bu qadağan olunsun, o zaman da deyəcəklər ki, din inkişafa qarşıdır” – deyə Hacı Şahin bildirib. 

Yas məclislərində verilən ehsanlarla bağlı sualı cavablandıran Hacı Şahin bildirib ki, ehsanlarda israfçılığa yol verilməməlidir. “Ehsan rəqabətə çevrilməməlidir. Bu dinə ziddir. Başdaşları bu şəkildə qoyulmamalıdır. Müsəlman ölkələrində bizdəki kimi başdaşları qoymurlar. Quran israfı bizə qadağan edir. İsraf edənlər şeytanın qardaşlarıdır. Baxışları yeniləməliyik.Peyğəmbərimizin görüşlərinin bu günədək gəlib çıxmasının səbəbi odur ki, onun dedikləri ilə əməli üst-üstə düşürdü. Mən anam dünyadan köçəndə ona ehsan vermədim.(Bizimyol.info)

 

Tarix
12 Dekabr 2014 [18:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin