Bakıda 13 yaşlı oğlan itkin düşdü

18:43 - 27 Oktyabr 2018 - HADİSƏ

Bakıda yeniyetmə itkin düşüb.

Bu barədə Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə rayonun X.Məmmədov küçəsi, ev 80, mənzil 68-a ünvanında yaşayan Şərifova Səadət Tofiq qızı məlumat verib. Qadın bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan oğlu, 2005-ci il təvəllüdlü Şirinov Kənan İlqar oğlu oktyabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırmalara başlanıb.trend

Xəbər xətti