Qusarda evdən yanmış kişi meyiti tapılıb

13:07 - 27 Oktyabr 2018 - HADİSƏ

 Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb. Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti