Salyanda "Azərkörpü"nün əməkdaşı körpü təmiri zamanı yıxılıb öldü

12:00 - 27 Oktyabr 2018 - HADİSƏ

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, "Azərkörpü" MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.
S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti