Salyanda iki avtomobil toqquşub: xəsarət alanlar var

14:17 - 26 Oktyabr 2018 - HADİSƏ

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun l Varlı kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Ağaverdi oğlu Şirinov idarə etdiyi 42-BT-193 dövlət nömrə nişanlı "QazEL" markalı avtomobillə hərəkətdə olan zaman rayonun Qarabağlı kənd sakini, 1999-cu il təvəllüdlü Natiq Namiq oğlu Kərimovun idarə etdiyi 10-UG-367 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ"ın sürcüsü N.Kərimov və sərnişin, onun həmkəndlisi 1999-cu il təvəllüdlü  İsak Elman oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralınnı vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbər xətti