Səudiyyənin Baş prokuroru Türkiyəyə səfər edəcək

16:27 - 26 Oktyabr 2018 - DÜNYA

 “Səudiyyə Ərəbistanının baş prokuroru bazar günü (oktyabrın 28-də - “Report”) Türkiyəyə səfər edəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşqçının öldürülməsi ilə bağlı cinayət işindən danışarkən deyib.
“18 nəfərin Türkiyəyə gəlməsinin təlimatını kim verib? Qaşıqçını öldürənləri Səudiyyə Ərəbistanının rəsmi vəzifəlisi açıqlayacaq. Əlimizdə çoxlu sübutlar var. Vaxtı gələndə hamısını deyəcəyik. Dedilər ki, 18 nəfəri tutmuşuq. Onlara dedim ki, siz danışdırmağı bilirsiniz. Baş verənlər onların iştirakı ilə olub. Onları danışdıra bilmirsinizsə, hadisə İstanbulda olub, həmin adamları bizə təslim edin, mühakimə edək”, - o vurğulayıb.report

Xəbər xətti