Çində qadın baxçaya hücum edərək 14 uşağı bıçaqladı — Foto+Video

12:35 - 26 Oktyabr 2018 - DÜNYA

Çinin qərbindəki Çonqinq şəhərində bir qadın uşaq baxçasına hücum edib.

Ucnoqta.az “Ölkə.az”a istinadən xəbər verir ki, hücum edən qadın 14 azyaşlı uşağı bıçaqlayıb. Polis onun kim olduğunu açıqlamayıb. Polisdən verilən xəbərə əsasən, hücum səhər saatlarında baş verib və uşaqları bıçaqlayan qadının 39 yaşı var. Onun adı gizli saxlanılsa da, soyadının Liu olduğu bildirilir.

Çində son vaxtlar belə hadisələr baş verir. Psixoloji problemləri olan və ya intiqam almaq istəyənlər tərəfindən belə hücumlar həyata keçirilir.


Xəbər xətti