Elmar Məmmədyarov: Fransa işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı tədbir görməlidir

13:48 - 25 Oktyabr 2018 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə münasibət bildirib.

Bununla bağlı jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyindən Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadıqlarını bildiriblər. E.Məmmədyarov Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Fransa səfiri ilə görüşdüyünü deyib:

"Səfirə də bildirdim ki, əgər kimsə müəyyən tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən müvafiq tədbir görsün. Diplomat isə vurğuladı ki, bu məsələ ilə bağlı məlumatları Parisə göndərəcək və cavabı Azərbaycan tərəfinə təqdim edəcək".trend

Xəbər xətti