Azərbaycan milisi FİFA reytinqində bir pillə irəlilədi

12:22 - 25 Oktyabr 2018 - İDMAN

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Ötən ayla müqayisədə siyahıda bir sıra dəyişikliklər baş verib. Buna hesabat dövründə keçirilən rəsmi və yoxlama oyunları səbəb olub. Dəyişikliklər Azərbaycan milisindən də yan ötməyib.
Millətlər Liqasında iki görüş keçirən Qurban Qurbanovun yetirmələri 5 reytinq xalı əldə edib. Buna Farer adaları üzərində səfər qələbəsi (3:0) və Maltayla Bakıdakı heç-heçə (1:1) səbəb olub. Nəticədə Azərbaycan reytinq cədvəlinin 107-ci sırasında qərarlaşıb. Yığmamız ötən ayla müqayisədə 1 pilləlik irəliləyib. Komandamız Afrika təmsilçisi Nigeri arxada qoyur. matç.az

Xəbər xətti