“S-400”lərin Türkiyədə quraşdırılacağı tarix açıqlanıb

11:56 - 25 Oktyabr 2018 - DÜNYA

“S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, 2019-cu ilin əvvəlində Türkiyə müdafiə sistemi kompleksi ilə bağlı təlimatlanmaq üçün Rusiyaya heyət göndərəcək: “Hazirda heyətin seçilməsi mərhələsindəyik”.
Nazir vurğulayıb ki, “S-400”lə bağlı NATO və ABŞ-ın narahatlığı yersizdir: “Biz ”S-400”lə bağlı qərarı seçimə görə deyil, məcburiyyət qarşısında qəbul etmişik”.
H.Akar deyib ki, ABŞ “F-35” döyüş təyyarələrini 2019-cu ilin martında Türkiyəyə tədarük edəcək.report

Xəbər xətti