Fransalı deputat: "Qarabağdakı erməni separatçıları ilə “Dostluq Xartiyası”nın imzalanması yolverilməzdir"

13:29 - 24 Oktyabr 2018 - SİYASƏT

“Fransa şəhər bələdiyyələrinin "Dağlıq Qarabağ Respublikası"ndakı erməni separatçıları ilə "Dostluq xartiyaları" imzalaması qəbuledilməzdir". 

Ucnoqta.az xəbər verir ki, bunu “Report“a açıqlamasında Fransa parlamentində Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Andre Vilye bildirib. Onun sözlərinə görə, bu addım Azərbaycan torpaqlarının işğalının qəbul edilməsi deməkdir: "Fransa bələdiyyələrinin bu addımları ölkənin dövlət siyasətinə, həmçinin beynəlxalq sənədlərə ziddir".

A.Vilye deyib ki, rəsmi Paris Fransa şəhər bələdiyyələri ilə "Dağlıq Qarabağ Respublikası"ndakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı qəbul etmir. “Beynəlxalq ictimaiyyət, o cümlədən Fransa dövləti “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Bununla bağlı bir neçə qətnamə də mövcuddur. Bundan başqa, Fransa ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə tərəfləri arasında sülhün yaradılması prosesində iştirak edir. Fransa dövləti bu vəziyyətə göz yummamalıdır".

Xəbər xətti