Zərdabda minik maşını traktorla toqquşub, bir nəfər ölüb

21:37 - 23 Oktyabr 2018 - HADİSƏ

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti