Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailin Müdafiə naziri ilə görüşüb

20:36 - 23 Oktyabr 2018 - Xəbər

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 23-də Tel-Əviv şəhərində İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

Xəbər xətti