"Qarabağ" azarkeşlər üçün ictimai dayanacaq təşkil edəcək

20:23 - 23 Oktyabr 2018 - İDMAN

Klub azarkeşlərə müraciət etdi

"Qarabağ" Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib. Bu barədə Ucnoqta.az klubun saytına istinadən xəbər verir. Müraciətdə bildirilir: "UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər".

Qeyd edək ki, “Qarabağ”ın "Vorskla" ilə  matçına bilet satışa davam edir.

Xəbər xətti