Mehriban Xanlarovanın verilişi bağlandı

ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid olunan veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb. Məlumatı əməkdar artist “Qafqazinfo”ya təsdiqləyib.  O, verilişinin yayımının son olayla bağlı dayandırıldığını qeyd edib.
Qeyd edək ki, ötən həftə M. Xanlarovanın qonağı sosial şəbəkələrdə məşhurlaşan “Azəri Vandam” olmuşdu.   

Aparıcı-aktrisanın qonağı ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməsi birmənalı qarşılanmamışdı. 

Tarix
23 Oktyabr 2018 [14:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin