“Qarabağ” - “Vorskla” oyununun hakim təyinatları açıqlanıb

13:30 - 22 Oktyabr 2018 - İDMAN

“Qarabağ” - “Vorskla” oyununun hakimləri açıqlanıb. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununu israilli hakimlər idarə edəcək. Matçın baş hakimi Roy Raynşrayber, baş hakimin köməkçiləri Danni Krasikou, David Elias Bitton, dördüncü hakim Amihay Yehoşua Mozes, əlavə köməkçi hakimlər Alon Yefet, Daniel Bar Natan olacaq. Sergey Zuev (Rusiya) hakim-inspektor, Kazimyerz Olesjek (Polşa) isə UEFA nümayəndəsi təyin olunub.trend

Xəbər xətti