Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanılıb

12:31 - 22 Oktyabr 2018 - Xəbər

Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanılıb. Trend-in məlumatına görə, girovlar azad edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. X X X Türkiyənin Qaziantep vilayətindəki hərbi hissələrin birindən qaçan əsgər ticarət mərkəzinin işçilərini girov götürüb. Trend-in məlumatına görə, hadisə yerinə hərbçilər, həmçinin polis əməkdaşları gəliblər. Girovların azad edilməsi üçün iş aparılır. Hələ ki əsgər girovların azad edilməsi şərtlərini açıqlamayıb. Girovların sayı bilinmir.

Xəbər xətti