Qazaxıstanda gənc qadın jurnalistin meyiti tapılıb

21:20 - 21 Oktyabr 2018 - DÜNYA

 Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb. Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları "Facebook"da məlumat veriblər.

Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Xəbər xətti