Ana səhifə
20 Noyabr 2018

Messi "Real" və "İnter"lə oyunları buraxacaq

İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu İspaniya çempionatının IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Beləliklə, argentinalı futbolçu Primeronun "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında "İnter"ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər. Report
Tarix
21 Oktyabr 2018 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin