Ana səhifə
15 Noyabr 2018

Ronaldudan növbəti rekord

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Avropanın 5 nəhəng çempionatında 400 qol vuran ilk futboçu olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, Avropanın 5 ən güclü liqasına İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatları daxildir.

“Mançester Yunayted”də çıxış etdiyi zaman Ronaldu 196 oyunda 84 qol vurub. Madrid “Real”ında isə portuqaliyalı 292 matçda meydana çıxaraq 311 dəfə fərqlənib.

2018-ci ilin yayında “Yuventus”a keçən forvard şənbə günü turinlilərin heyətində 5-ci qoluna imza atıb.

Ronaldunu sözügedən göstərici üzrə Lionel Messi izləyir. Argentinalı İspaniya çempionatında “Barselona”nın heyətində keçirdiyi 426 oyunda 389 qol vurub.

Tarix
21 Oktyabr 2018 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin