“Real” öz meydanında “Levante”yə məğlub oldu

17:30 - 20 Oktyabr 2018 - İDMAN

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

 “Real” öz meydanında “Levante”ni qəbul edib. Son vaxtlar uğursuz çıxışları ilə yadda qalan Madrid klubu bu görüşdə də xalsız qalıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “kral klubu” Çempionlar Liqasında SSKA-ya uduzduğu görüşlə birgə ardıcıl 5 oyundur qələbəyə həsrətdir.

“Real” – “Levante” – 1:2

Qollar: Morales, 6 (0:1), Roger, 13 (0:2), Marselo, 72 (1:2)

“Real” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Levante” bu qələbə ilə xalını 13-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 17 xalla “Alaves” başçılıq edir.qol.az

Xəbər xətti