MMA çempionu: Floyd Həbibi döyəcək

16:03 - 20 Oktyabr 2018 - Xəbər

Amerikalı MMA döyüşçüsü Deniel Kormye rusiyalı idmançı Həbib Nurməhəmmədovla amerikalı boksçu Floyd Meyvezer arasında mümkün döyüşə münasibətini açıqlayıb. 

Həbibin komanda yoldaşı olan Kormye bu döyüşü ağılsızlıq adlandırıb.  O, rusiyalı idmançıya döyüşdə iştirak etməməyi məsləhət görüb.
“Bəli, biz eyni komandadayıq. Lakin Floyd onu döyəcək. Həbib isə tərs adam olduğu üçün təslim olmayacaq. Ona görə də onu 12 raund döyəcəklər. Buna dözmək isə pisdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Kormye iki çəki dərəcəsində MMA çempionudur.

UFC rəhbəri Deyna Uayt isə döyüş haqqında söhbətlərə önəm verməməyə çağırıb. oxu.az

Xəbər xətti