Ana səhifə
20 Noyabr 2018

Balakən xəstəxanasının gənc işçisi küçədə qəfildən ölüb

Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib. Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşrut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb.
Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb.
Gənc qadının ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Şibliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının işçisi olub. Hadisə A.Şibliyeva işdən çıxıb evinə gedərkən baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix
20 Oktyabr 2018 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin