Növbəti TOEFL imtahanı noyabrın 10-da keçiriləcək

15:17 - 20 Oktyabr 2018 - Xəbər

Dövlət İmtahan Mərkəzində oktyabrın 20-də “TOEFL IBT” və “PTE ACademic” ingilis dili imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2018-ci il noyabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Xəbər xətti