Ağstafada 18 yaşlı gəlin itkin düşüb

14:01 - 20 Oktyabr 2018 - HADİSƏ

Ağstafada gəlin itkin düşüb.

Hadisə şəhərin Qarabağ məhəlləsində baş verib. Qurbanov küçəsi, 4 saylı binada qeydiyyatda olan Rzayev Rasim Ramiz oğlu Ağstafa rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 2000-ci il təvəllüdlü Bədəlova Güllübəyim Elçin qızı oktyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırmalara başlanıb.trend

Xəbər xətti