Bərdədə 600 kiloqram at əti və 2 baş at aşkarlanıb

13:31 - 20 Oktyabr 2018 - Xəbər

Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Ucnoqta.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.  

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti