“Facebook” məhkəməyə verildi

09:25 - 20 Oktyabr 2018 - Xəbər

Sukerberq vəzifəsini itirə bilər

Marketinq agentlikləri “Facebook” şirkətini məhkəməyə veriblər. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, onların fikrincə Mark Sukerberqin komandası istifadəçilər tərəfindən paylaşılmış videoların baxış sayları ilə bağlı problemi bilib, lakin bunu reklam verənlərdən gizlədiblər.
Sosial şəbəkədə reklam yerləşdirən marketinq agentlikləri isə bu məsələ ilə bağlı şirkəti məhkəməyə verib. Onların fikrincə şirkət videoların baxış saylarını əslində 150-900% qaldırıb.
Şirkət təmsilçiləri isə bunu sadəcə olaraq hesablama səhvinin olması ilə əlaqələndiriblər. Bildirilib ki, buna görə reklam verənlərdən əlavə vəsait əldə etməyib.

Qeyd edək ki, son 2 ildə “Facebook” bir çox qalmaqallarda hallanıb. Şirkətin səhmdarları əvvəl də Mark Sukerberqin şirkətin idarəetmə vəzifəsindən ayrılması sualını ortaya qoymuşdular. Görünür, bu yeni qalmaqal səhmdarların fikirlərini daha da möhkəmləndirib.

Xəbər xətti