“Qarabağ” – “Vorskla” oyununa nə qədər bilet satılıb?

22:00 - 19 Oktyabr 2018 - İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Vorskla” oyununun bilet satışları davam edir. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmanın keçirilməsinə hələ bir həftəyə yaxın vaxt qalmasına baxmayaraq, azarkeş marağı elə də az deyil.
Belə ki, artıq 12 min bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” – “Vorskla” oyunu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti