Ana səhifə
17 Noyabr 2018

Prezidentlər “Star” zavodunun açılışında - Fotolar

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılış mərasimində iştirak ediblər

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxdılar.

Dövlət başçıları idarəetmə ofisi ilə tanış oldular.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi.

Sonra xatirə şəkli çəkdirildi.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış etdilər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Daha sonra dövlət başçıları zavodun açılışını etdilər.

Sonda birgə foto çəkdirildi.

Tarix
19 Oktyabr 2018 [21:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin