Ana səhifə
13 Noyabr 2018

Bakıda heyvanlara sığınacaq tikilir

Bakıda sahibsiz heyvanlar üçün sığınacaq tikilir. Sığınacaq IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaradağ rayonunda olacaq. Ötən gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sığınacağın təməli qoyulub. 

Sığınacaqda sahibsiz heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, burada xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub. 
Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərəcək, buraya məktəblilərin xüsusi turları təşkil olunacaq. 

Eyni zamanda 5 minədək heyvanın, xüsusilə it və pişiyin yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacağın layihələndirilməsində digər ölkələrin təcrübəsindən istifadə olunub. Sığınacaqda həm də şəhər mühitində nadir hallarda rast gəlinən heyvanların, məsələn atların, bəzi quşların müayinə və müalicəsi mümkün olacaq.(ANS PRESS)
 

Tarix
10 Oktyabr 2014 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin