Ana səhifə
21 Noyabr 2018

Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edib

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə gedib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Fondun hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində KİV nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov park barədə jurnalistlərə məlumat verib. Azərbaycan mətbuatının nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının məzarlarını ziyarət ediblər. KİV nümayəndələri həmçinin Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını nəzərdə tutan İstiqlal Bəyannaməsinin elan edildiyi bina ilə tanış olublar. Daha sonra KİV nümayəndələri Gürcüstan parlamentində görüş keçirib. Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan media mənsublarının Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.trend
Tarix
19 Oktyabr 2018 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin