Ana səhifə
17 Noyabr 2018

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Burada onun baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Daha sonra həmin şəxsin şübhə doğuran çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 15.400 ABŞ dolları aşkar edilib. Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə vətəndaşda 25.400 ABŞ dolları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Tarix
19 Oktyabr 2018 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin