PSJ Neymarı 220 milyon avroya sata bilər

21:49 - 18 Oktyabr 2018 - İDMAN

Fransanın PSJ klubu 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər.

Bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq. Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub. report

Xəbər xətti