Ana səhifə
15 Noyabr 2018

Tramp Meksikanı hədələdi

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədi bağlayacağını bəyan edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə amerikalı lider tvitter hesabında yazıb. Onun sözlərinə görə, əgər ştatlara Mərkəzi Amerikanın Qvatemala, Honduras, Salvador kimi ölkələrindən miqrant axını azalmasa, ABŞ cənub sərhədini bağlayacaq:
“Liderlər (həmin ölkələrin-red.) Meksikadan ABŞ-a nüfuz edən böyük insan, o cümlədən cinayətkar axınını dayandırmaq üçün demək olar ki, heç nə etmirlər. Mən bu təzyiqi dayandırmağı Meksikadan ən ciddi şəkildə xahiş edəcəm. Əgər onlar bunu edə bilməsələr, o zaman mən ABŞ Silahlı Qüvvələrinə müraciət etməli və cənub sərhədimizi bağlamalı olacam”.

Amerikalı lider həmçinin bəyan edib ki, öz əhalisinə nəzarət etməyən bu üç ölkəyə yardımı dayandırmaq niyyətindədir. 

Tarix
18 Oktyabr 2018 [19:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin