Ana səhifə
15 Noyabr 2018

Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov  İtaliya  Respublikası  Senatının sədri xanım  Maria  Elizabetta Alberti  Kasellatinin  başçılıq  etdiyi  nümayəndə  heyəti ilə  görüşüb. 

Spiker  nümayəndə  heyəti  üzvlərini  salamlayaraq  İtaliya  Senatı  sədrinin  ölkəmizə ilk  səfərinin  əlaqələrimizin  daha  da inkişafına öz  töhfəsini verəcəyinə inamını ifadə edib. Söhbətdə  bildirilib ki,  İtaliya ölkəmizin Avropada  və dünyada  mühüm  tərəfdaşlarından biridir.  Müstəqillik illərində  İtaliya ilə sıx  dostluq  telləri  qurulub. Dövlət  başçılarının qarşılıqlı  səfərləri zamanı aparılan  danışıqlar münasibətlərimizin  daha  da  dərinləşməsi  üçün yaxşı imkanlar  yaratdıb.
Azərbaycanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ay İtaliyaya səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100  illiyi ilə bağlı İtaliya  Senatındakı  konfransda  iştirakı  və səfər  çərçivəsində  keçirilən  tədbirlər iki ölkənin bir-birinə verdiyi  qarşılıqlı  dəyərin bariz  nümunəsidir.

Bu günədək ölkələrimiz  arasında  44  sənəd  imzalanıb.  Biz 2014-cü il iyulun 14-də İtaliya  Senatında “Strateji  tərəfdaşlıq  haqqında” Birgə Bəyannamənin qəbul  edilməsinə böyük əhəmiyyət  veririk.  Heç  də  təsadüfi  deyildir ki,  İtaliya  Avropada  həm  də ölkəmizin ən mühüm  ticarət  tərəfdaşıdır.  Təkcə  cari ilin 9 ayı ərzində iki ölkə arasında  ticarət  dövriyyəsinin həcmi  3,7 milyard  ABŞ dolları  həcmində olmuşdur. Biz  bu  göstəricini  gələcəkdə  daha da  yüksəltmək niyyətindəyik. Qarşılıqlı biznes  forumlarının mütəmadi  keçirilməsi,  Hökumətlərarası  Komissiyanın fəaliyyəti bu fikri söyləməyə əsas  verir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə 50 İtaliya şirkəti  fəaliyyət  göstərir.

Söhbətdə Sədr  qeyd  edib ki, Avropanın enerji  təhlükəsizliyinə əhəmiyyətli  töhfə  verən Azərbaycanda təsdiq  olunmuş 2,5 trilyon kubmetr qaz  ehtiyatı  vardır. Bu, 100 il ərzində bizə və  tərəfdaşlarımıza  kifayət  edəcək  səviyyədədir.  Gələcəkdə TANAP və TAP boru  kəmərləri  Azərbaycanın təbii qazını  Avropa  bazarına  çıxaracaqdır. Ölkəmiz  Qərblə  münasibətlərdə  etibarlı  tərəfdaş olduğunu təcrübədə dəfələrlə nümayiş etdirmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars  kimi iri transmilli  layihələr bunun əyani sübutudur. 

 
Parlamentin sədri mədəni əlaqələrimizin də uğurla inkişaf  etdiyini  dilə gətirdi. O, belə bir  fikri vurğuladı ki, Heydər  Əliyev Fondu iki ölkə  arasında siyasi və mədəni əlaqələrin möhkəmlənməsində  mühüm işlər  görməkdədir. Fondun bu ölkədə  həyata  keçirdiyi  layihələr  humanitar  sahədə  əməkdaşlığımıza  xüsusi  töhfələr verir.
 Sədr qanunverici orqanlar  arasında yüksək  səviyyəli  səfərlərin əhəmiyyətini  vurğulayaraq  hər iki ölkə  parlamentində  dostluq  qruplarının fəaliyyət göstərməsini təqdir etdi. Bildirildi ki,  deputatlarımız  nüfuzlu  beynəlxalq  təşkilatlarda  sıx təmasda olur, onları  maraqlandıran məsələlər ətrafında  fikir  mübadiləsi  aparırlar.

Oqtay Əsədov İtaliya  Senatının  2010-cu ildə qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” qətnaməni çox mühüm sənəd kimi dəyərləndirdi. Qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin əhəmiyyətini  vurğuladı.
Səmimi  qəbul  üçün minnətdarlığını bildirən İtaliya  Respublikası  Senatının sədri xanım  Maria  Elizabetta Alberti  Kasellati ölkəmizə  səfərindən və burada  keçirdiyi  görüşlərdən məmnun  qaldığını  söylədi. O, parlamentlər  səviyyəsində  əlaqələrin  gələcəkdə də inkişaf  etdirilməsinin  vacibliyinə  toxunaraq,  hər iki  ölkə  deputatlarının mütəmadi  görüşlərinin  əhəmiyyətli olduğunu dedi.
 Qonaq Azərbaycanın  Birinci Vitse-Prezidenti  xanım Mehriban Əliyevanın iştirakı ilə İtaliyada  Xalq  Cümhuriyyətinin  100 illiyi ilə bağlı  keçirilən  tədbirlərdən söz  açdı.  O dövrdə  müsəlman Şərqində ilk parlamentli  respublika qurmağa  nail olan Azərbaycanda  qadınlara  seçki  hüququnun verilməsini  mühüm nailiyyət kimi dəyərləndirdi.
 Avropa İttifaqının üzvü kimi İtaliyanın Azərbaycanla  həyatın müxtəlif  sahələrində əlaqələrin inkişafında  maraqlı olduğunu qeyd  etdi. Bildirildi ki, onun ölkəsi  Azərbaycanla  təkcə neft-qaz  sahəsində deyil,  kənd  təsərrüfatı, elm, təhsil, mədəni sahələrdə  də əlaqələri  dərinləşdirmək niyyətindədir.
  
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf  perspektivləri, iqtisadi, humanitar  sahələrdə münasibətlərin daha da dərinləşməsi və digər  məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Görüşdə Milli Məclis  Sədrinin Birinci müavini Ziyafət Əsgərov, sədr  müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İtaliya  ilə parlamentlərarası əlaqələr  üzrə işçi qrupun başçısı Azər  Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova, Azərbaycanın İtaliyadakı  səfiri Məmməd Əhmədzadə, İtaliyanın ölkəmizdəki  səfiri Audusto Massari və digər  rəsmi şəxslər iştirak  ediblər. 

Tarix
18 Oktyabr 2018 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin