Ana səhifə
21 Noyabr 2018

Paytaxtda qadının çantasını oğurlayıb qaçan şəxs saxlanıldı

Polis əməkdaşları xidmətdən kənar vaxtı belə ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəallıq göstərirlər.

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb. DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, oktyabrın 17-də axşam saatlarında Nizami RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb.
Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
18 Oktyabr 2018 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin